16 Fevral 2026, 12:52
FUTBOL
"Real"ın yeni müqavilə təklifini qəbul etməyən Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Mançester Yunayted" braziliyalı vingeri transfer etmək istəyir. "Qırmızı şeytanlar" 25 yaşlı futbolçuya həftəlik 375 min funt-sterlinq maaş təklif edib.
Qeyd edək ki, Vinisius Junior bu mövsüm "Real"ın heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 11 qol ötürməsi edib. Onun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.









_1771241741.jpg)


