"Mançester Yunayted"in oyunçuları klubun müdafiəçi Harri Maquayrın müqaviləsini uzatmasını istəyirlər.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, Mançester klubunun oyunçuları İngiltərə millisinin mərkəz müdafiəçisinin klubu pulsuz tərk etməməli olduğuna inanırlar. Maquayrın müqaviləsi 2026-cı ilin yayında başa çatır və digər klublar artıq onunla danışıqlar apara bilərlər.

Qeyd edək ki, Maquayr 2018/2019 mövsümündən bəri "Mançester Yunayted"də çıxış edir. Bu mövsüm 32 yaşlı müdafiəçi bütün yarışlarda 15 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest