16 Fevral 2026, 21:47
FUTBOL
"Atletik"in aparıcı oyunçularından olan Niko Uilyams sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
23 yaşlı vinger qasıq nahiyəsindən zədə alıb. İspaniya millisinin üzvü bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Niko Uilyams bu mövsüm "Atletik"in heyətində keçirdiyi 26 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.


_1771274987.jpg)









