16 Fevral 2026, 14:34
ÇEMPİONLAR LİQASI
"Yuventus" UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qalatasaray"la ilk oyununa ciddi itkilərlə çıxacaq.
Matc.az xəbər verir ki, Duşan Vlahoviç, Arkadiuş Milik və Emil Holm İstanbuldakı qarşılaşamda iştirak etməyəcəklər. Onlar zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
Kefrem Türamın da zədəsi var. Onun Türkiyə klubuna qarşı oynayıb-oynamayacağı matç günü bəlli olacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.


_1771255698.jpg)







_1771246127.jpg)

