"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Klubun yaydığı açıqlamada 24 yaşlı vingerlə uzunmüddətli sözləşmə imzalandığı qeyd olunub.

Qeyd edək ki, Bukayo Saka "Arsenal" akademiyasının yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 8 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest