"Borussiya" "Kruzeyro"nun 17 yaşlı müdafiəçisi Kaoan Prateslə müqavilə imzaladığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Müqavilənin maliyyə təfərrüatları açıqlanmayıb. Lakin Braziliya klubunun oyunçu üçün 7 milyon avro, üstəgəl mümkün bonuslar olaraq 5 milyon avro alacağı bildirilir.

Prates mövsümün sonuna qədər "Kruzeyro"da qalacaq və yayda Almaniya klubuna qoşulacaq.

Qeyd edək ki, müdafiəçi 2025-ci ilin may ayında Braziliya klubunun əsas komandasına qoşulub. Bu il o, 5 oyunda iştirak edib və 1 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest