UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün 4 qarşılaşma baş tutub.
Türkiyə çempionu "Qalatasaray" doğma meydanda "Yuventus"u 5:2 hesabı ilə darnadağın edib. "Real" və PSJ səfərdə, "Borussiya" isə evdə qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
17 fevral
"Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) - 5:2
Qollar: Sara, 15, Lanq, 49, 75, Sançes, 60, Boey, 86 // Kupmeyners, 16, 32
Qırmızı vərəqə: Kabal, 67
"Benfika" (Portuqaliya) – "Real" (İspaniya) - 0:1
Qol: Vinisius, 50
"Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya) - 2:0
Qollar: Qirassi, 3, Beyer, 42
"Monako" (Fransa) – PSJ (Fransa) - 2:3
Qollar: Baloqun, 1, 18 // Due, 29, 67, Hakimi, 41
Qırmızı vərəqə: Qolovin, 48












