"Mançester Yunayted" və Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro karyerasını Avropada davam etdirmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Kazemironun "Mançester Yunayted"lə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir. Yanvarın sonlarında ingilis klubu yarımmüdafiəçinin mövsümün sonunda klubdan azad agent statusunda ayrılacağını açıqlayıb.

Kazemiro hazırda karyerasını davam etdirmək üçün variantlarını nəzərdən keçirir. 34 yaşlı braziliyalı futbolçunun prioriteti Avropada qalmaqdır və İtaliya A Seriyası ən cəlbedici seçimdir. İndiyə qədər isə onunla MLS-dən "İnter Mayami" maraqlanıb.

Yarımmüdafiəçinin transfer dəyəri hazırda 8 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm braziliyalı futbolçu bütün yarışlarda "Mançester Yunayted"də 26 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest