Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Premyer Liqanın XXII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 18:00-dan etibarən satışda olacaq.
Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Biletlər bu gün saat 18:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" qarşılaşması 1 mart tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.












