"Jirona" ukraynalı cinah oyunçusu Viktor Tsıqankovun müqaviləsini uzatmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, klub onunla və sağ cinah müdafiəçisi Arnau Martineslə yeni müqavilə üzrə danışıqlar aparır.

Komandanın hazırkı məqsədi müqavilələri 2027-ci ilə qədər olan hər iki oyunçunu heyətdə saxlamaqdır.

Qeyd edək ki, Tsıqankov bu mövsüm "Jirona"da 20 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest