"Barselona" La Liqanın 27-ci turunda səfərdə "Atletik" üzərində qazandığı 0:1 hesablı qələbə itkisiz ötüşməyib. Komandanın gənc istedadı Mark Bernal qarşılaşmanın fasiləsində əvəzlənib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.
Bildirilir ki, 18 yaşlı futbolçunun meydanı tərk etməsinə səbəb şiddətli mədə ağrıları və həzm problemləri olub. Hazırda Bernalın vəziyyətinin nə dərəcədə ciddi olduğu dəqiq bilinmir. Onun Barselonaya qayıtdıqdan sonra tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, zədəli olan Frenki de Yonqun yoxluğunda mərkəz yarımmüdafiəsində əsas simalardan birinə çevrilən Bernal bu mövsüm göstərdiyi performansla Hansi Flikin etimadını qazanıb.
Bernalin növbəti həftə Çempionlar Liqasında keçiriləcək “Nyukasl”la matça qədər sağalacağı hələlik sual altındadır.












