"İnter" Qulyelmo Vikarionu transfer edəcəyinə şübhə etmir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" nəşri paylaşıb.

Bildirilir ki, ötən gün İtaliya klubunun idman direktoru Pyero Ausilio "Tottenhem"in qapıçısının transferi ilə bağlı danışıqlar aparmaq üçün Londona gedib. Milanlılar qapıçını təxminən 17 milyon funt-sterlinqə (təxminən 20 milyon avro) transferinin baş tutacağına əmindirlər.

Qeyd edək ki, "Tottenhem" yayda heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır və bu səbəblə Vikarionun "İnter"ə keçidinin baş tutma ehtimalı yüksəkdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest