Fransa çempionatının XXIX turunun "Lans" - PSJ və "Brest" - "Strasbur" matçları təxirə salınıb.

Matc.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Qərar PSJ və "Strasbur"un avrokubok oyunlarına yaxşı hazırlaşmaq üçün etdiyi müraciətdən sonra verilib. Paris təmsilçisinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Liverpul"la aprelin 8 və 14-də oyunları var.

"Strasbur" isə UEFA Konfrans Liqasının 1/4 finalında "Maynts"la aprelin 9 və 16-da üz-üzə gələcək. Təxirə salınmış hər iki matç13 may tarixində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest