"Real"la müqaviləsi yayda başa çatan Antonio Rüdiger karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

"Yuventus" almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. Turin təmsilçisi 33 yaşlı mərkəz müdafiəçisinin İspaniya klubundakı vəziyyətini yaxından izləyir. Təcrübəli oyunçu La Liqa nəhəngi ilə yeni sözləşmə imzalamasa, "Yuventus" onunla danışıqlara başlayacaq.

Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm "Real"ın heyətində keçirdiyi 18 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest