FIFA ən çox azarkeşi olan klubların adlarını açıqlayıb.

Matc.az xəbər verir ki, siyahıda Türkiyənin "Fənərbaxça" klubu da yer alıb.

"Sarı-lacivərdlilər" 67,5 milyon azarkeşlə siyahıda "Mançester Siti"ni geridə qoyaraq üçüncü pillədə yer alıb və TOP-5-liyə daxil olan ilk Türkiyə klubu olub.

Siyahıya 88,3 milyon azarkeşlə "Real" başçılıq edir. "Barselona" 81,2 milyon fanatla ikinci sırada qərarlaşıb. İlk "beşliy"i isə "Mançester Siti" və "Bayern" tamamlayır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest