"Betis"in müdafiəçisi Rikardo Rodriqes yay transfer pəncərəsində İspaniya klubundan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira verib.

Klub rəhbərliyi isveçrəli futbolçu ilə müqaviləni uzatmamaq qərarına gəlib. Onun sözləşməsinin müddəti yayda başa çatacaq. 33 yaşlı sol cinah müdafiəçisi bundan sonra azad agent statusu ilə La Liqa təmsilçisini tərk edəcək.

Qeyd edək ki, Rikardo Rodriqes 2024-cü ilin yayından bəri "Betis"də oynayır. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində 28 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest