PSJ Lukas Şevalye və Matvey Safonovun qeyri-stabil oyununu nəzərə alıb heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Paris təmsilçisinin əsas hədəfi "Benfika"da çıxış edən Anatoli Trubindir. Bu barədə "Somos Fanaticos" məlumat yayıb.

PSJ Portuqaliya klubunda inamlı mövsüm keçirən ukraynalı qolkiper üçün yayda hərəkəttə keçməyi planlaşdırır.

Qeyd edək ki, Anatoli Trubin bu mövsüm "Benfika"nın heyətində keçirdiyi 43 oyunda 35 qol buraxıb.24 yaşlı "əlcək sahibi" 20 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest