Karlo Ançelotti, Ruud Qullit və Kaka "Milan"ın "Şöhrət zalı"na daxil ediliblər.
Matc.az xəbər xəbər verir ki, "Milan" 2024-cü ildə klubun 125 illik yubileyini münasibəti ilə "Şöhrət zalı"nı yaradıb. Müdafiəçi Franko Baresi ilk, üç hücumçu - Marko van Basten, Andrey Şevçenko və Filippo İnzaqi bu zala 2024-cü ildə daxil ediliblər.
İndi isə Ançelotti, Qullit və Kaka yarımmüdafiəçi kateqoriyasında "Şöhrət zalı"na daxil ediliblər. Qapıçılar və müdafiəçilər sonrakı illərdə daxil ediləcəklər.
Ançelotti 1987-ci ildən 1992-ci ilə qədər "Milan"da oynayıb və klubla birlikdə 2 ölkə çempionluğu və 2 Çempionlar Liqası titulu da daxil olmaqla 9 kubok qazanıb. Qullit (1987-1994) İtaliya klubunda 3 A Seriyası və 2 Çempionlar Liqası titulu da daxil olmaqla 12 kubok qazanıb və həmçinin "Qızıl top" mükafatına layiq görülüb. Kaka (2003-2009) isə "Milan"da 6 kubok və "Qızıl top" mükafatını qazanıb.
Qeyd edək ki, mərasim aprelin 26-da, "San Siro"da keçiriləcək "Milan" və "Yuventus" arasında oyundan əvvəl keçiriləcək. Qullitə "Tiffany & Co." tərəfindən hazırlanan mükafat təqdim ediləcək.












