"Roma" idman məsləhətçisi Klaudio Ranyeri ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada qeyd olunub:
"Klub Klaudioya "Roma"nın inkişafına verdiyi mühüm töhfəyə görə təşəkkürünü bildirir. O, komandaya çox çətin dönəmdə rəhbərlik etdi və göstərdiyi səylərə görə ona hər zaman minnətdar olacağıq.
Gələcəyə baxdıqda, istiqamətimiz aydındır. Klub güclüdür, etibarlı rəhbərliyə və müəyyən olunmuş baxışa sahibdir. "Roma" hər zaman birinci yerdə olacaq. Can Pyero Qasperinin rəhbərliyi altında davam edəcək yola tam inanırıq. Ortaq məqsədimiz inkişaf etmək, irəliləmək və tariximizə layiq nəticələr qazanmaqdır".
Daha əvvəl Ranyeri ilə "canavarlar"ın baş məşqçisi Can Pyero Qasperini arasında münaqişə yarandığı barədə məlumat yayılmışdı. Buna səbəb Ranyerinin klubun transfer siyasəti və ötən yay baş məşqçi postuna namizədlər barədə dediyi fikirlər olub.











_1777037180.jpg)
