24 Aprel 2026, 14:25
FUTBOL
"Tottenhem"in müdafiəçisi Miki van de Ven İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Mançester Yunayted" və "Liverpul" niderlandlı futbolçunun xidmətində maraqlıdır. Van de Ven özü klubu tərk etmək istəyir. London təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisi üçün 90 milyon avro tələb edir.
Qeyd edək ki, Miki van de Ven bu mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə keçirdiyi 40 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib.







_1777037180.jpg)




