"Qalatasaray" baş məşqçi Okan Burukla bağlı qərar verib.

Matc.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul nəhəngi 52 yaşlı mütəxəssislə yola davam edəcək.

Burukun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılacaq. Türkiyəli çalışdırıcı ilə 2 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayında "Qalatasaray"ın baş məşqçisi postuna təyin olunub. "Sarı-qırmızılar" onun rəhbərliyi altında ardıcıl üç mövsümdə çempion olub. "Cim bom" bu mövsüm isə 31 turdan sonra 74 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb. Onlar 2-ci yerdə olan "Fənərbaxça"nı 7 xal qabaqlayırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest