Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kru" doğma meydanda "Uan Noksvill"i qəbul edib.

Futbol üzrə ABŞ Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kru" doğma meydanda  "Uan Noksvill"i qəbul edib.

Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Koambus Kru" adını 1/4 finala yazdırıb.

Nəriman da matçın iştirakçısı olub. 22 yaşlı forvard qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest