30 Aprel 2026, 13:56
FUTBOL
"Milan"ın mövsümün sonunda satmağı planlaşdırdığı Rafael Leao karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Qalatasaray" portuqaliyalı vingeri transfer etmək istəyir. İstanbul nəhəngi artıq yaxın vaxtlarda 26 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"In heyətində meydana çıxdığı 28 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.












