"İnter"in yarımmüdafiəçisi Nikolo Barella 2025/26 mövsümündə A Seriyası çempionluğunun vaxtından əvvəl qazanılması barədə fikirlərini bölüşüb
Matc.az xəbər verir ki, italiyalı futbolçu ölkə kubokunun "Latsio" ilə keçiriləcək final oyununu nəzərdə tutaraq komandanın qarşısında hələ daha bir vacib məqsədin olduğunu deyib:
"Bir həftədən sonra qarşımızda daha bir hədəf var. Çempionluq asan olmadı. Amma indi bu anların dadını çıxarmaq istəyirik. Həm futbolda, həm də həyatda çətin dövrlər olur. Məsələn, ötən mövsüm titullara çox yaxın idik, amma sonda heç nə qazana bilmədik. Həyatda hər zaman uğursuzluqlardan sonra ayağa qalxmaq lazımdır. Həmişə demişəm ki, meydanda səhv etmək olar, amma bu komanda heç vaxt bütöv kimi qalmaq istəyini itirməyib. Hər zaman sonadək mübarizə aparmışıq. Qalib də gələ bilərsən, uduza da bilərsən. Bu uşaqlarla inanılmaz dərəcədə qürur duyuram".
Qeyd edək ki, "İnter" İtaliya A Seriyasının XXXV turunda "Parma"nı 2:0 hesabı ilə məğlub edərək xallarını 82-yə yüksəldib. "Milan" təmsilçisi mövsümün bitməsinə 3 tur qalmış ən yaxın izləyicisi "Napoli"ni 12 xal qabaqlayır.




_1777916360.jpg)

_1777911081.jpg)
_1777910569.jpg)


_1692637766.png)

