"Mançester Siti"nin yarımmüdafiəisi Ticani Reynders karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

"Real" niderlandlı futbolçunu transfer etmək istəyir. "Kral klubu" 27 yaşlı oyunçunu heyətinə qatmaq üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Ticani Reynders bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 45 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest