"Real"ın müdafiəçisi Ferlan Mendi yənidən zədələnib.

Matc.az xəbər verir ki, Medi La Liqanın XXXIV turunun "Espanyol"la matçında sıradan çıxıb. Mendi 14-cü dəqiqədə meydanı tərk edib.

30 yaşlı sol cinah müdafiəçisinə əzələ zədəsi diaqnozu qoyulub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müaliəcə prosesindən asılı olacaq.

Qeyd edək ki, Ferlan Mendi zədələr səbəbindən bu mövsüm cəmi 9 oyunda meydana çıxa bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest