05 May 2026, 09:59
FUTBOL
"Liverpul" müdafiənin sağ cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin əsas hədəfi "Barselona"da çıxış edən Jül Kundedir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Premyer Liqa nəhəngi fransalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. İspaniya klubu vacib oyunçulardan olsa da, 27 yaşlı sağ cinah müdafiəçisini bu məbləğ qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.












