"Şalke" hücumçu Edin Cekonu komandada saxlamaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə  insayder Fabritsio Romano məlumat yayıb.

Bundesliqaya vəsiqə qazanan klub Bosniya və Herseqovinalı futbolçunun müqaviləsinin müddətini uzadacaq. Artıq 40 yaşlı forvardla danışıqlar başlayıb. Yaxın vaxtlarda təcrübəli hücumçu ilə 1 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Edin Ceko bu ilin yanvarından "Şalke"də çıxış edir. O, komandanın heyətində keçirdiyi 9 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest