Türkiyənin "Qalatasaray" klubu yay "transfer pəncərəsi"ndə müdafiəsini gücləndirmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sporx"un məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu "Liverpul"un 34 yaşlı müdafiəçisi Vircil van Deyk ilə müqavilə imzalamaqda maraqlıdır. "Sarı-qırmızılılar" təcrübəli müdafiəçini müdafiəsini gücləndirmək üçün ideal namizəd kimi görür.

Van Deykin "Liverpul"la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Futbolçunun özü cari mövsümün sonunda klubdan ayrılmağı düşünür. "Qalatasaray" onu heç bir kompensasiya olmadan heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, van Deyk cari mövsüm "Liverpul"un heyətində bütün yarışlarda 52 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest