PSJ baş məşqçi Luis Enrike ilə yeni müqavilə imzalamağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist və insayder Ben Yakobs paylaşıb.

Bildirilir ki, 56 yaşlı ispaniyalı ilə yeni müqavilə 4 illik olacaq. Klub hazırda Fransa çempionatını və Çempionlar Liqasına kökləndiyi üçün, müqaviləni açıqlamır.

Luis Enrikenin parislilərlə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. İspaniyalı mütəxəssis 2023-cü ildən PSJ-ni çalışdırır. Bu müddət ərzində o, Çempionlar Liqasını, 2 Fransa çempionluğunu və bir Fransa Kubokunu qazanıb. Bundan əlavə, o, 3 Fransa Superkubokunu, 1 UEFA Superkubokunu və 1 Qitələrarası Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest