Londonun "Arsenal" klubu "Atalanta"nın yarımmüdafiəçisi Edersonu transfer etmək üçün danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Braziliyalı futbolçu ilə uzun müddət Madrid "Atletiko"su maraqlanıb, lakin "Atalanta" ən azı 50 milyon avro tələb edib. Nəticədə, ispanlar Joao Qomesin transferinə yönəliblər. "Atletiko" artıq 45 milyon avroluq müqavilə bağlamağa yaxındır.
Madridlilərin plan dəyişikliyindən sonra Edersonun agentləri "Mançester Siti", "Arsenal", "Mançester Yunayted" və "Liverpul"la yeni danışıqlar aparıblar. "Topçular" bazarı ciddi şəkildə araşdırır və idman direktoru Andrea Berta 26 yaşlı braziliyalıya yüksək qiymət verir. "Arsenal" rəhbərliyi hazırda transferi başa çatdırmaq üçün tələb olunan maliyyə paketini diqqətlə təhlil edir.
Qeyd edək ki, Ederson bu mövsüm 39 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" onu 40 milyon avro dəyərində qiymətləndirir.













