Hər ev sahibi ölkədə ilk oyundan əvvəl bir açılış mərasimi keçirilməsi planlaşdırılır.
FIFA bu yay keçiriləcək 2026-cı il dünya çempionatı üçün üç açılış mərasimi keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Bildirilir ki, hər ev sahibi ölkədə ilk oyundan əvvəl bir açılış mərasimi keçirilməsi planlaşdırılır.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hər ölkədə yerli sənətçiləri stadionda çıxış edəcək. ABŞ-da Keti Perri, Kanadada Maykl Buble və Meksikada Mana.
DÇ-2026-nın finalında 48 milli komanda 4 komandadan ibarət 12 qrupa bölünərək iştirak edəcək. Pley-off mərhələsi 1/16-dən başlayacaq. Hər qrupdan ilk iki yeri tutan və ən yaxşı üçüncü yeri tutan 8 komanda pley-offa yüksələcək.













