Misir millisinin kapitanı Məhəmməd Salah dünya çempionatının qrup mərhələsində İranla keçirilən qarşılaşmada (1:1) zədələnib. Hücumçu oyunun 57-ci dəqiqəsində əvəzlənməsini istəyib.

Matc.az xəbər verir ki, Misir yığmasının texniki direktoru 34 yaşlı forvardın dizaltı vətərində problem aşkarlandığını təsdiqləyib.

Misir Futbol Assosiasiyası zədənin dərəcəsini müəyyən etmək üçün oyunçunun tibbi müayinəyə göndərildiyini bildirib. Onun yaşıl meydanlara mümkün qayıdış müddəti barədə hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Misir millisi 5 xal toplayaraq qrupda ikinci yeri tutub və pley-offa vəsiqəni təmin edib. Misirlilərin 1/16 finaldakı rəqibi Avstraliya komandası olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest