"Tottenhem"in hücumçusu Alexo Velis Braziliyanın "Baiya" klubuna keçib və 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri məlumat yayıb.

Sövdələşmənin məbləğinin 9 milyon avro təşkil etdiyi bildirilir. Alexo "Tottenhem"in heyətinə 2023-cü ildə "Rosario Sentral"dan qoşulub və London klubunda Premyer Liqada cəmi 8 matça çıxaraq 1 qol vurub.

Argentinalı forvard başa çatan mövsümü icarə əsasında doğma klubu "Rosario"da keçirib və Argentina çempionatında 17 oyunda 4 qolla yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest