11 May 2026, 21:53
FUTBOL
Davide Frattezi mövsümün sonunda "İnter"dən ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliyalı futbolçu əsas heyətdə yerini itirdiyi üçün Milan təmsilçisini tərk etmək istəyir. İtaliya və İngiltərə klubları 26 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Qeyd edək ki, Davide Frattezi bu mövsüm "İnter"in heyətində keçirdiyi 33 oyunda 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.













