13 May 2026, 15:43
FUTBOL
"Sabah"ın futbolçusu Aron Maluda karyerasını Şotlandiyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
"Seltik" fransalı vingeri transfer etmək istəyir. "Ağ-yaşıllar" Maluda ilə əlaqə saxlayaraq ona klubun layihəsi barədə məlumat veriblər. Şotlandiya klubunun 20 yaşlı oyunçu ilə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, Aron Maluda bu mövsüm "Sabah"ın heyətində keçirdiyi 27 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib. Gənc futbolçunun Masazır təmsilçisi ilə müqaviləsi 2029-cu ilin sonuna kimidir.










_1778675212.jpg)


