Bu gün I Liqaya yüksəlmək üçün pley-off görüşü keçiriləcək.

Matc.az xəbər verir ki, həlledici oyunda I Liqada 9-cu yeri tutan "Şimal"la II Liqanı 2-ci pillədə başa vuran "Qaradağ Lökbatan" üz-üzə gələcək.

Qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək və saat 16:00-da start götürəcək. Matçı Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Oyunda VAR sistemi tətbiq olunacaq.

I Liqa, pley-off
27 may

"Şimal" - "Qaradağ Lökbatan"
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest