27 May 2026, 11:43
FUTBOL
"Barselona" "Nyukasl"da çıxış edən Entoni Qordonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
İspaniya çempionunun idman direktoru İngiltərəyə səfər edərək 25 yaşlı vingerin klubu ilə danışıqlar aparıb. Danışıqların müsbət istiqamətdə getdiyi bildirilir. İngiltərəli futbolçunun "Barselona"ya keçidinin 70 milyon avrodan aşağı məbləğə başa gələcəyi bildirilir.
Qeyd edək ki, Entoni Qordon başa çatan mövsümdə "Nyukasl"ın heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 17 qol vurub, 5 qol ötürməsi edib.













