Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Matc.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Neftçi"nin birbaşa rəqibi müəyyənləşib.

Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq Bakı klubunun ilk rəqibi I raundun “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi olacaq.

"Ağ-qaralar" rəqibi ilə iyulun 23-də evdə, 30-da isə səfərdə qarşılaşacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest