Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu komandasının 2026-cı il dünya çempionatından erkən kənarlaşdırılması barədə danışıb və azarkeşlərdən üzr istəyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "TRT Sport" yayıb.
Təcrübəli yarımmüdafiəçi turnirlə vidalaşdıqları üçün böyük məyusluq yaşadıqlarını gizlətməyib:
"Söz tapmaq çətindir. Əlimizdən gələni etdik, amma bu, kifayət olmadı. Zərbələr endirsək də, qol vura bilmədik. Top gah dirəyə dəydi, gah qapı xəttindən döndü. Sadəcə bəxtimiz gətirmədi. Rəqib isə cəmi bir zərbə ilə qol vurub matçı qazandı. Bütün millətimizdən üzr istəyirəm. Olduqca gənc komandamız var və qarşıda bizi hələ çox turnirlər gözləyir. Bu, mənim sonuncu dünya çempionatım ola bilər, amma gənc oyunçularımızı dəstəkləməyinizi xahiş edirəm".
Qeyd edək ki, qrup mərhələsinin ilk iki turundan sonra xal qazana bilməyən Türkiyə seçməsi pley-offa yüksəlmək şansını tamamilə itirib.













