İngiltərənin "İpsviç" klubu Qari Onili baş məşqçi postuna gətirməyə çox yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano yayıb.

Bildirilir ki, tərəflər artıq gələcək tərəfdaşlığın bütün şərtləri barədə rəsmi razılığa gəliblər. Müqavilənin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

"İpsviç" yenicə başa çatan 2025/2026 mövsümünün yekununda İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. "Traktorçular" Çempionşipdə ikinci yeri tutaraq birbaşa yüksək liqaya yüksəlməyi bacarıblar. Mövsümün bitməsindən sonra komandanı elitaya daşıyan Kieran Makkenni gözlənilmədən istefa verib və karyerasına fasilə verdiyini açıqlayıb.

Qeyd edək ki, 43 yaşlı ingilis mütəxəssis Qari Onil Premyer Liqada "Bornmut" və "Vulverhempton" klublarındakı fəaliyyəti ilə tanınır. O, 2026-cı ilin yanvarında Fransanın "Strasburq" klubunun sükanı arxasına keçib və komandası ilə Liqa 1-də mövsümü 8-ci pillədə başa vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest