"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə (Uels) keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanı idarə etmək Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Patrik Qriskieviç olacaq. Ona yan xətlərdə Marçin Boniek və Bartoş Kasunski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Voyçex Mus yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 7-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək ilk qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu bir həftə sonra Uelsdə baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest