"Neftçi"nin rəsmi mağazasında klub tarixi üçün yeni satış rekordu qeydə alınıb.

"Neftçi"nin rəsmi mağazasında klub tarixi üçün yeni satış rekordu qeydə alınıb. Paytaxt təmsilçisinin atributları və geyimləri azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Matc.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, arxada qalan 2025/26 mövsümündə ümumilikdə 7837 ədəd məhsul satılaraq yüksək göstərici əldə olunub. Azarkeşlərin ən çox üstünlük verdiyi geyimlər sırasına xüsusi çəkisi ilə seçilən rəsmi oyun formaları daxildir.

Qeyd olunur ki, satılan ümumi məhsullardan 1374-ü məhz rəsmi oyun formalarının payına düşüb. Bu ümumi göstərici "ağ-qaralar"ın klub tarixində indiyə qədər qeydə alınan ən yüksək rekord göstərici kimi tarixə düşüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest