“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə keçiriləcək oyun üçün Moldovaya yollanır. Paytaxt təmsilçisi bu gün səfərə çıxır. Baş məşqçi Roberto Bordinin kollektivi saat 12:15-də Bakı-İstanbul-Kişinyov marşrutu ilə səfərə yollanacaq.

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə keçiriləcək oyun üçün Moldovaya yollanır. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt təmsilçisi bu gün səfərə çıxır.

Baş məşqçi Roberto Bordinin kollektivi saat 12:15-də Bakı-İstanbul-Kişinyov marşrutu ilə səfərə yollanacaq. İtaliyalı mütəxəssisin ixtiyarında 24 futbolçu var. Komanda matçın son hazırlığını oyunun keçiriləcəyi "Zimbru" stadionunda edəcək.

Qeyd edək ki, "Sperantsa" - "Neftçi" görüşü iyulun 11-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest