Hücumçu Duşan Vlahoviç azad agent statusu ilə "Beşiktaş"a keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, tərəflər 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləni praktiki olaraq razılaşdırıblar. Serbiyalı forvardın maaşı bonuslar nəzərə alınmadan illik 8 milyon avro təşkil edəcək.

Həmçinin Vlahoviç müqavilə imzaladığı üçün böyük məbləğdə bonus alacaq. Danışıqlarda "Beşiktaş"ın baş məşqçisi Vinçenso İtalyano əsas rol oynayır. Türkiyə klubu bu transferi tamamlayacağına əmindir.

Qeyd olunur ki, Vlahoviç daha əvvəl Səudiyyə Ərəbistanı klubundan gələn təklifi rədd edib.

O, 2025/2026 mövsümündə bütün turnirlərdə 23 matçda iştirak edib, 10 qol vurub və 2i məhsuldar ötürmə edib. "Transfermarkt" portalında hücumçunun dəyəri 35 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest