"Feyenoord"un və Yaponiya millisinin hücumçusu Ayase Ueda karyerasını "Lill"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 4 illik – 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, söhbət 15 milyon avrodan gedir.
Ueda "Feyenoord"da 2023-cü ilin yayından çıxış edirdi. Ötən mövsüm o, bütün turnirlərdə meydana çıxdığı 40 matçda 26 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Yaponiya millisinin heyətində 43 oyun keçirib 18 qol vuran 28 yaşlı hücumçu, 2026-cı il dünya çempionatındakı 4 qarşılaşmada da 2 qol və 1 ötürmə müəllifi olub.
Karyerası ərzində Yaponiyanın "Xosei" və "Kasima Antlers", Belçikanın "Serkl Brügge" klublarında da oynamış Ueda "Lill"də "Nyukasl"a satılan Matias Fernandes-Pardonu əvəzləyəcək.



_1787880651_1788290026.jpg)









