"Qarabağ" futbol klubu azarkeşlərinə böyük transfer sürprizi edərək yeni oyunçularını ictimaiyyətə təqdim edib.
"Qarabağ" futbol klubu azarkeşlərinə böyük transfer sürprizi edərək yeni oyunçularını ictimaiyyətə təqdim edib.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisi almaniyalı hücumameyilli yarımmüdafiəçi Reda Xadra və nigeriyalı vinger Taofik İsmahilin keçidini eyni vaxtda elan edib.
Yeni futbolçuların təqdimatı UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda "Tvente"yə qarşı keçirilən cavab oyununun fasiləsi zamanı meydanda baş tutub.
Fransanın "Reyms" klubundan transfer olunan 25 yaşlı Reda Xadra ilə "2+1" illik müqavilə imzalanıb və o, komandada 10 nömrəli formanı geyinəcək. Dortmund "Borussiya"sının yetirməsi olan almaniyalı oyunçu karyerası ərzində İngiltərənin "Brayton", "Birmingem", "Şeffild Yunayted" və "Blekbern" klublarında da çıxış edib.
Digər yeni transfer, Polşanın "Qurnik Zabje" klubundan gələn 26 yaşlı Taofik İsmahil ilə isə 3 illik sözləşmə bağlanıb və nigeriyalı hücumçu 19 nömrəli forma ilə mübarizə aparacaq.












