Bu gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.

Matc.az xəbər verir ki, təmsilçimiz Niderlandın "Tvente" komandasını qəbul edir. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edə ki, komandalar arasında ilk görüşdə təmsilçimiz səfərdə minimal hesablı qələbə qazanıb.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust

20:00. "Qarabağ" – "Tvente"

Baş hakim: Rohit Saqqi
Baş hakimen köməkçiləri: Anders Olav Dale, Ole Andreas Haukasen
Dördüncü hakim: Marius Hansen Qrotta
VAR: Kristoffer Haqenes
AVAR: Alan Kijas
Tofiq Bəhramov adına Respublika stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest