"Komo" "Fiorentina"nın və İtaliya millisinin hücumçusu Moyze Kinin transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, keçid satınalma öhdəliyi ilə icarə əsasında baş tutub. "Komo" icarə üçün 5 milyon avro ödəyəcək, məcburi satınalma məbləği isə 30 milyon avro təşkil edəcək.

Ötən mövsüm Kinin hesabında "Fiorentina"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 33 matçda 9 qol və 4 məhsuldar ötürmə olub. Hücumçunun müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Qeyd edək ki, "Komo" tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest