01 Sentyabr 2026, 22:48
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Harvi Elliot "Valensiya"nın oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı futbolçunun keçidi icarə əsasında baş tutub. İspaniya klubu ingiltərəli oyunçunun maaşının böyük hissəsini ödəməyi öhdəsinə götürüb.
Ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirən Elliot, orada 9 matçda meydana çıxıb və 1 qol vura bilib. Onun "qırmızılar"la müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.






_1787880651_1788290026.jpg)






